«Mersedes» yeni bolidin təqdimatına hazırlaşır

«Mersedes» yeni bolidin təqdimatına hazırlaşır

Formula 1 üzrə «Mercedes» komandası yeni W15 bolidinin təqdimatını fevralın 14-də keçirəcək. Mərasim komandanın rəsmi YouTube kanalında yayımalanacaq. Tədbirdə Toto Wolff, Luis Hemilton və Corc Rassellin də iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, Formula 1 komandaları müxtəlif vaxtlar öz yeni bolidlərini ictimaiyyətə  təqdim edcəklər. «olimpiyadunyası.com» təqdimatların cədvəlini təqdim edir:

 

8 fevral - “RB” (keçmiş “Alpha Tauri”);

12 fevral - “Aston Martin”;

13 fevral - “Ferrari”;

14 fevral - “Mercedes”;

14 fevral - «McLaren»;

15 fevral - «Red Bull».

Məlumat üçün bildirək ki, Alpin komandası 2024-cü il avtomobilini, eləcə də onun üçün alternativ liveriyasını artıq rəsmi olaraq ictimaiyyətə təqdim edib.