Atletimiz zədə səbəbindən lisenziya yarışında mübarizəni dayandırdı 

Atletimiz zədə səbəbindən lisenziya yarışında mübarizəni dayandırdı 

Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Nazim Babayev zədələnib.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə 26 yaşlı idmançımız Dünya Atletikasının gümüş səviyyəli turniri olan “Belqrad qış turniri” üçün Serbiyaya yollansa da, zədə səbəbindən yarışda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 44 ölkədən 160 atlet iştirak edir.