“Formula 1 siyasətə qarışmamalıdır”

“Formula 1 siyasətə qarışmamalıdır”

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen Formula 1-in çempionat yarışlarının keçirildiyi ölkələrə təsirindən danışıb. “Formula 1 siyasətə qarışmamalıdır, bu, tamam başqa hekayədir və məncə idmanın idman, siyasətin isə siyasət olması çox vacibdir. Bəzən insanlar hadisələrin mərkəzində olmağı xoşlayırlar. Amma mən idmana diqqət yetirməyə üstünlük verirəm. Əks halda siyasətçi olardım, mən də bu sahəni sevmirəm. Hər bir ölkənin öz çatışmazlıqları var. Biz dünyanı dəyişmək fikrində deyilik, amma müsbət dəyərləri bölüşməyə çalışırıq. Müsbət dəyişikliklər həm də ölkədən asılıdır. Düşünürəm ki, Formula 1 bəzi ölkələrə gəldikdən sonra həqiqətən müsbət dəyişikliklər oldu”, - deyə  «Racingnews365» Verstappenin sözlərindən sitat gətirib.