Daha bir ağırlıqqaldıranımız lisenziya turnirində iştirak etdi

Daha bir ağırlıqqaldıranımız lisenziya turnirində iştirak etdi

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. 

Təmsilçilərimizdən daha biri - İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Dünya Kubokuna aprelin 11-də yekun vurulacaq.