Azərbaycan Qran-Prisi-2024 üçün könüllülərin qeydiyyatı başlayıb

Azərbaycan Qran-Prisi-2024 üçün könüllülərin qeydiyyatı başlayıb

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il sentyabrın 13-15-i tarixində keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

Sayca səkkizinci dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkili zamanı 1500 könüllünün cəlb olunması nəzərdə tutulub. Seçim mərhələsini uğurla başa vurmuş könüllülər Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün keçirilməsində müxtəlif sahələrdə (insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə) fəaliyyət göstərərək, böyük təcrübə əldə edəcəklər.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti fəal, həvəsli, məsuliyyətli, yüksək kommunikasiya və komandada işləmək bacarığı olan könüllüləri Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi-2024 komandasına qoşulmağa dəvət edir. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək.

Qeyd olunur könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

Könüllülük proqramına qoşulmaq istəyənlər bu linkdə keçid edərək, qeydiyyatdan keçə bilərlər:http://volunteers.bakucitycircuit.com/#/loginhttp://volunteers.bakucitycircuit.com/

Azərbaycan Qran-Prisi-2024 üçün könüllülərin qeydiyyatı başlayıb