Azərbaycan Gimnastika Federasiyası yeni talismanlarını təqdim edib

Azərbaycan Gimnastika Federasiyası yeni talismanlarını təqdim edib

Azərbaycan Gimnastika Federasiyası (AGF) yeni talismanlarını təqdim edib.

Azərbyacan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, maskotlar zərif ceyran və cəsur tülküdür.

AGF talismanlara ad seçmək məqsədilə federasiyanın sosial şəbəkələrinin izləyiciləri arasında müsabiqə elan edib.

Ceyran və tülkü üçün ən yaradıcı və uyğun adların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.

Müsabiqədə iştirak üçün son tarix 15 apreldir.