Azərbaycan komandası Paris-2024-ə 16-cı lisenziyanı qazandı

Azərbaycan komandası Paris-2024-ə 16-cı lisenziyanı qazandı

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində çıxış edən sərbəst güləşçimiz Georgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 125 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımızyarımfinalda bolqarıstanlı Alen Xubulova qalib gəlməklə bu hüquqa yiyələnib. Pəhləvanımız həlledici görüşdə rəqibini 7:0 hesabı ilə məğlub edib.

Güləşçimiz daha əvvəl 1/4 finalda İtaliya təmsilçisi Abraham Konyedoya qalib gəlib.

Beləliklə, sərbəst güləş millimiz Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb. Georgi Meşvildişvilidən əvvəl sərbəst güləş üzrə millikomandamızın digər üzvlərindən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) Paris Olimpiadasına lisenziya qazanıb.

Bununla da, Azərbaycan idmançılarının Paris-2024-ə qazandığı lisenziyaların sayı 16-ya çatıb.