Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib
Olimpizm xəbərləri
09.04.2024, 14:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.
Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.
Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.
Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol