“Bentley”in də interyeri daş-qaşla bəzədildi

“Bentley”in də interyeri daş-qaşla bəzədildi

“Bentley” şirkəti “Mulliner” və “Boodles” tərəfindən yaradılmış, ağ qızıl və brilyantlarla bəzədilmiş unikal “Continental GTC”ni təqdim edib.Avtomobilin daxili dizaynında qiymətli metallardan istifadə olunub.Belə ki,fərdi idarəetmə elementləri 24 karatlıq qızılla bəzədilib, konsola almaz bəzək yerləşdirilib. Bundan əlavə, interyerdə 18 karatlıq ağ qızıldan hazırlanmış ingilis B hərfi şəklində emblem görünür. Dekorasiyada da yaşı 200 milyon ildən çox olan təbii daşdan istifadə olunub.

Qeyd edək ki, son vaxtlar qızıldan istifadə edən bir çox avtomobil layihələri diqqət çəkir. Keçən ilin sonunda“Koenigsegg” qiymətli metallarla örtülmüş unikal “Jesko Odin”i təqdim edib. Daha sonra“Ferrari F8 Tributo”nun bazasında yaradılmış “Arese RH95 Vento Doro”nun görünüşü dəyişib. Bundan əlavə “Mansory” tüninq studiyası qızılla bəzədilmiş “Rolls-Royce Cullinan” avtomobilini təqdim edib.