Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər  

Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər  

Aprelin 25-28-də Macarıstanın Seqed şəhərində akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatası və Avropa çempionatı keçiriləcək. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, milli komandamızın üzvləri hər iki yarışda iştirak edəcəklər.

Belə ki, təmsilçilərimizdən Diana Dımçenko və Bəhmən Nəsiri Avropa Olimpiya Təsnifat Reqatasında mübarizə aparacaq. Reqlamentə əsasən həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığma komandamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək.

Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər   Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər