Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə Yunanıstandan Fransaya yola düşüb.
Olimpiya məşəli 12 gün ərzində Aralıq dənizindən keçərək mayın 8-də Marselə daxil olacaq.
Məşəl Fransa torpaqlarını qət edərək iyulun 26-da Parisə çatacaq. Bu müddət ərzində məşəl dənizaşırı ərazilər – Qvadelupa, Martinik, Qviyana, Reünyon və Polinezi də daxil olmaqla 64 məntəqədən keçməlidir.
Qeyd edək ki, Fransanın hər 3 departamentindən 1-i, ümumilikdə, 65 şəhər maliyyə məsələsinə görə məşəli qəbul etməkdən imtina edib.
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                jpg-1756064441.jpg) 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        