Paris-2024-ün iştirakçıları hansı qidalardan istifadə edə biləcəklər?

Paris-2024-ün iştirakçıları hansı qidalardan istifadə edə biləcəklər?

Paris-2024 Yay Olimpiya Oyunları zamanı iştirakçılara təqdim olunacaq yemək çeşidləri açıqlanıb. "Le Parisen"in məlumatına görə, idmançılara hər gün 40 əsas yemək (onların üçdə biri 100 faiz bitki mənşəli) və 120 xüsusi yemək təklif olunacaq. Ümumilikdə atletlər Olimpiada zamanı 500 müxtəlif yemək reseptindən yararlana biləcəklər. Qeyd olunur ki, iştirakçılar Olimpiya və Paralimpiya kəndlərinin ərazisindəki "Sen-Saint-Deni"də yerləşən planetin ən böyük restoranında qidalanacaqlar. Həmin restoranda 3500 oturacaq yerləşdirilib. 24 saat açıq olacaq bu  obyekt gün ərzində təxminən 15 min nəfərə xidmət göstərəcək. 
İdmançılar reyhanlı qiyməli donuz əti, ədviyyatlı basmati düyü, gül kələmi və zərdəçal ilə qızardılmış kartof, bibər, soğan, pomidor və çili bibəri, qızardılmış krevetin dadına baxa biləcəklər. Yemək otağının hər küncündə 30-dan çox inqrediyentdən ibarət salat barı olacaq. Məkanda həmçinin şorba, pendir, süd və ədviyyat piştaxtası, eləcə də desert barı və meyvələr də təklif ediləcək. Bundan əlavə, stenddə yeddi çeşiddə çörək məmulatları da təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.