Dünya futbolunun əfsanəsi Olimpiya məşəlini alovlandıracaq

Dünya futbolunun əfsanəsi Olimpiya məşəlini alovlandıracaq

Yunanıstandan Olimpiya məşəli ilə birlikdə Marsel şəhər limanına yaxınlaşan “Belem” yelkənli gəmisinin qarşılanması ilə bayram mərasimi qeyd olunub. Bu barədə məlumatı L'Equipe nəşri yayıb. 
Mərasimdən sonra Olimpiya məşəlinin quruda estafetinə start veriləcək. Estafetinin ilk iştirakçısı üzgüçü Florent Manodu olacaq. Mənbənin sözlərinə görə, estafetin üçüncü iştirakçısı dünya futbolunun əfsanəsi Zinəddin Zidan olacaq. 
Madrid "Real"ının və Fransa millisinin keçmiş futbolçusu Marseldə Olimpiya məşəlini alovlandıracaq. Məlumat üçün bildirək ki, estafet iyulun 26-da Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.