Mayın 25-26-da Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 23 ölkədən 539 (316 oğlan, 223 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.
Turnirdə 13 (8 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunan yığmamız yarışı üç gümüş və iki bürünc medalla başa vurub.
Komandamızın heyətində Nihad Rəhimov (-60 kq), Səlim Sultanov (-66 kq), Hüseyn Eyvazlı (-90kq) gümüş medala sahib çıxıb.
Kənan Sadıqov (-66 kq) və Aytən Verdiyeva (-57 kq) isə bürünc medallara layiq görülüb.
Milli bu nəticə ilə yarışda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü, qızların mübarizəsində isə 7-ci yeri tutub.