Milli Olimpiya Komitəsində görüş olub
BOK
03.06.2024, 15:36
İyunun 3-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və BKF-nin təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində Böyük Britaniyadan ölkəmizə səfər edən avarçəkmə üzrə xarici ekspert Aleksandr Nikonorovla görüş olub.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, federasiyanın baş katibi Fərhad Əliyev, MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Mehman Kərimov və Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak ediblər.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə, xüsusilə də Mingəçevirdə avarçəkmənin inkişafı üçün baza olduğunu qeyd edib.
Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər arasında mövcud idman qurğularının bərpasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən Çingiz Hüseynzadə bu gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara cavab verdiyini bildirib.
“1998-ci ildə Milli Olimpiya Komitəsinin formalaşdığı bir dövrdə Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər etmişdi. Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, mən və Ağacan Abiyev var idi. Həmin görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç Azərbaycanda avarçəkmə idman növü ilə məşğul olmaq üçün gözəl idman qurğusunun olduğunu bildirmişdi. BOK prezidenti Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris - İdman Mərkəzini nəzərdə tuturdu. O, həmin bazaya mütəxəssis də göndərmişdi. Bu gün Mingəçevir avarçəkmə üzrə beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Buradakı şərait yüksək səviyyədədir və bir sıra yığma komandalar təlim-məşq toplanışlarını “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirlər. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək avarçəkənlər də yetişdirə biləcəyik”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov ölkəmizdə avarçəkmə idman növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Federasiya rəhbəri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar arasında avarçəkənimiz Diana Dımçenkonun da yer aldığını qürurla qeyd edib.
Son illər Suqovuşanda və Mingəçevirdə beynəlxalq yarışların uğurla təşkil olunduğunu bildirən Vüqar Əhmədov gələcəkdə Lənkəranda və Qazaxda avarçəkmə idman növünün inkişafı üçün şərait yaradılacağını diqqətə çatdırıb.
Səmimi söhbət zamanı avarçəkmə idman növünün inkişafına göstərdiyi dəstəyə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən federasiya rəhbəri yaxın vaxtlarda “Sea Breeze”də dəniz avarçəkməsi üzrə məşqlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
MOK-un baş katibi Azər Əliyev son illərdə avarçəkmə idman növünə böyük marağın olduğunu bildirib. Mingəçevirdə təbii infrastrukturun formalaşdığını deyən MOK-un baş katibi burada avarçəkmə idman növünün inkişafı üçün mövcud imkanların olduğunu vurğulayıb.
Azər Əliyev onu da diqqətə çatdırıb ki, avarçəkmə təkcə Mingəçevirdə deyil, respublikamızın digər bölgələrində də inkişaf etdirilir. Azər Əliyev bu cür mütəxəssislərin ölkəmizə səfərinin və yerli məşqçilərlə görüşünün ölkəmizdə avarçəkmə idman növünün inkişafına təkan verəcəyini deyib.
Azərbaycanda olmaqdan məmnun olduğunu deyən Aleksandr Nikonorov karyerası ərzində bir sıra yığma komandaların heyətində məşqçi kimi çalışdığını, əsas uğurlarını İngiltərə qazandığını bildirib. Bu idman növünün müasirləşməyə doğru addım atdığını vurğulayan mütəxəssis bunun üçün məşqçilərlə görüşlərin əhəmiyyətindən danışıb. Dünyada bu idman növü üzrə böyük rəqabətin hökm sürdüyünü diqqətə çatdıran mütəxəssis burada yerli məşqçilərlə görüşüb, onlarla təcrübə mübadiləsi aparmaq istədiklərini də deyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika