Amerika Milli Futbol Liqası (NFL) tarixində ən bahalı müqavilə imzalanıb.
“Dallas Kovboys” komandası yarımmüdafiəçisi Dak Preskottla müqaviləni yeniləyib. 31 yaşlı oyunçu 240 milyon dollar dəyərində 4 illik müqaviləyə qol çəkib.
Onun illik qazancı 60 milyon dollar olacaq. Bununla da D.Preskott NFL tarixində bir ildə ən çox pul qazanan idmançı adına sahib çıxıb.