Yeddiqat dünya çempionu həvəskar rəqibinə uduzdu

Yeddiqat dünya çempionu həvəskar rəqibinə uduzdu

Çinli snukerçi Zhao Xintong tarixdə dünya idmanında ilk böyük nailiyyətini qazanıb.

Olimpnews.az  xəbər verir ki, o İngiltərədə keçirilən dünya çempionatında finala vəsiqə qazanan ilk həvəskar snukerçi olub. Maraqlıdır ki, o, yeddiqat dünya çempionu Ronni OSullivanı mübarizədən kənarlaşdırıb. Tərəflər arasında qarşılaşma 17:7 hesabı ilə başa çatıb. 
Məlumat üçün bildirək ki, 
Xintongun adı 2022-ci ildə danışılmış oyunlarda hallanıb. Məhz bu səbəbdən o, bir il səkkiz ay müddətinə diskvalifikasiya edilmişdi.