Buz üzərində rəqs üzrə ikiqat Olimpiya mükafatçıları Maya və Aleks Şibutani karyeralarını bərpa etmək qərarına gəliblər.
"Olimpnews.az"ın məlumatına görə, xəbəri ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasının mətbuat xidməti yayıb.
Bacı-qardaş konkisürənlər 2025/26 Olimpiya mövsümündə məşqçilər Marina Zueva və Massimo Skalinin rəhbərliyi altında iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, Maya və Aleks 2017/18 mövsümünün sonundan bəri turnirlərdə iştirak etmirdilər. Səbəb isə 2019-cu ildə Mayanın böyrəyindən keçirdiyi əməliyyat olub.
“Bu yeddi il bizi hər cür sınaqla üz-üzə qoydu. Mən çox xoşbəxtəm ki, indi sağlamam. Geri qayıtmaq istəyirəm”, - Reuters Maya Şibutanidən sitat gətirib.
Qeyd edək ki, Pxençxan-2018 Qış Olimpiya Oyunlarının qalibi olan Şibutanilər 2023-cü ildə ABŞ Fiqurlu Konkisürmə Şöhrət Zalına daxil edilib.