“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.

"Olimpnews.az" xəbər verir ki, böyük maraqla qarşılanan tədbirdə stolüstü tennis, voleybol, nərd, şahmat  idman növləri üzrə 54 nəfər öz məharətini göstərib. Astara Gənclər evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Gənclər evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə təşkil edilən tədbirdə əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinin  qurulması və asudə vaxtın faydalı keçməsi olub.