Mayın 10-da Masallı şəhəri Nizami Gəncəvi adına xatirə parkında kütləvi idman tədbiri keçirilib.
"Olimpnews.az" xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi rayonda sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasından ibarət olub. 45 nəfər idmançının, 50 nəfər şəhər sakinin qatıldığı tədbirdə nümayiş olunan cüdo, güləş və boks idman növləri üzrə çıxışlar cəmiyyət arasında böyük maraq yaradıb.