İngiltərə yığması Formula 1 yarışını izləyib 

İngiltərə yığması Formula 1 yarışını izləyib 

İngiltərə millisinin futbolçuları Formula 1 üzrə Qran Prinin İspaniya mərhələsində iştirak etmək üçün Barselonaya gəliblər. Yığmanın bu tədbirdə iştirakı iyunun 6-da Andorra millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi matçı ərəfəsində təşkil edilib. "Üç şir" futbolçuları baş məşqçi Tomas Tuxel ilə fürsətdən istifadə edərək, komanda üzvləri ilə görüşüblər. 

Məlumat üçün bildirək ki, Andorra-İngiltərə matçı Barselonadakı "Stage Front" stadionunda keçiriləcək.