İyunun 3-8-də Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə Dünya Kuboku keçiriləcək.
Olimpnews.az xəbər verir ki, yarışda Azərbaycan komandası da mübarizə aparacaq. Artıq komandamızın üzvləri Antalya şəhərinə yola düşüblər. Qeyd edək ki, Dünya Kubokunun 3-cü mərhələsində komandamız 6 idmançı ilə mübarizə aparacaq.