Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində tədbir keçirilib

Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində tədbir keçirilib

Yardımlıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.

Olimpnews.az xəbər verir ki, şəhər 4 saylı tam orta məktəbinin stadionunda keçirilən tədbir rayonda uşaqların idmana kiçik yaşdan cəlb olunması, idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi daşıyıb. Tədbirdə şahmat, dama, futbol, voleybol, kəndirlə mübarizə, turnikdə dartınma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.