"İdman hamı üçün layihəsi" Cəlilabadda şəhər sakinlərinin marağına səbəb oldu 

"İdman hamı üçün layihəsi" Cəlilabadda şəhər sakinlərinin marağına səbəb oldu 

Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar edilib. Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Cəlilabad şəhər Heydər Əliyev seyrəngahında keçirilən və 53 idmançının iştirak etdiyi tədbir rayon sakinləri tərəfindən maraqla qarşılanıb.