İngiltərə Premyer Liqasında mübahisəli qərarlarına və xoşagəlməz davranışına görə hakimlikdən uzaqlaşdırılan Deyvid Kut indi kuryer kimi fəaliyyət göstərir. "Mən sadəcə yaşamaq istəyirəm. Yaxşı yaşamaq üçün çox işləmək lazımdır. Bu iş mənə rahatlıq verir. Lakin mən kuryer kimi sona qədər davam edə bilmərəm. Cəza müddətim başa çatdıqdan sonra yaşıl meydanlara qayıdacağam", - deyə keçmiş hakim özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Deyvid Kut 2026-cı ilin iyun ayına kimi Premyer Liqa tərəfindən cəzalandırılıb. O, daha çox "Liverpul"un baş məşqçisi Yurgen Kloppu təhqir etdiyinə və qalmaqallı video ilə bağlı bu işdən kənarlaşdırılmışdı.