"Madrid hazır olan kimi, Barselonadan qurtulmaq lazımdır?"

"Madrid hazır olan kimi, Barselonadan qurtulmaq lazımdır?"

Formula 1 təqvimi 2026-cı ildə 25 yarışa qədər genişləndirilə bilər.

Olimpnews.az xəbər verir ki, bu sözləri Sky Sports-un şərhçisi David Croft deyib:

"Barselona"nın gələn il üçün müqaviləsi var. Madriddə isə tikiliş davam edir. Madrid hazır olan kimi, Barselonadan qurtulmaq lazımdır? Bu uğursuz ideyadır. Biz Imolanın getməsini gözləyirik. Bildirirlər ki, gələn il 25 mərhələ olacaq. Deməli İmola hələ də təqvimdə olacaq. Təqvim nə üçün hazır deyil? İyunun əvvəlidir axı. Bunu mayın ikinci həftəsindən gözləyirik. Ola bilsin ki, son məqamda bəzi dəyişikliklər olacaq”.