Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonsonun “Aston Martin”lə müqaviləsi 2026-cı ildə başa çatır.
Olimpnews.az xəbər verir ki, ispaniyalı pilot karyerası ilə bağlı açıqlamalar verib.
"Düşünürəm ki, gələn ilin həyəcanını yaşamağa dəyər. Özümü rəqabətli hiss edirəm. Formada qalmaq üçün daim çalışıram. Ailəm bu sahədə mənə böyük dəstək verir. Karyeramı hələ davam etdirmək istəyirəm", - deyə Sky Sports Alonsodan sitat gətirib.