75 yaşlı cənubi afrikalı Formula 1 çempionu Codi Şekter İtaliyaya köçdükdən sonra üzləşdiyi problemlərdən danışıb.
Olimpnews.az xəbər verir ki, o bildirib ki, bu ölkədə yaşamaq üçün mütləq yerli dildə danışmaq lazımdır. "Mən İtaliyada cəmi bir il Britaniya vəsiqəmlə avtomobil idarə edə bildim. İndi onun vaxtı bitib. Problem ondadır ki, burada italyanca danışıb, imtahan verməliyəm. Bu dildə az söz bilirəm. Görünür uzun müddət avtomobil idarə edə bilməyəcəm".
Məlumat üçün bildirək ki, Codi 1972-ci ildə “McLaren”in heyətində debüt edib. 1974-cü ildə o, “Tyrrell” komandasına keçib. Üç ildən sonra iki mövsüm “Wolff”la yarışıb. O, karyerasının son iki ilini - 1979 və 1980-ci illərdə “Ferrari”də keçirib. İlk mövsümdə çempion tituluna yiyələnib.