Dördqat Formula 1 çempionu Maks Verstappenin sevgilisi Kelli Pike sosial şəbəkədə aktivliyini davam etdirir.
Olimpnews.az xəbər verir ki, o, bu dəfə iki qızı Penelopa və yeni doğulmuş Lilinin fotosunu paylaşıb edib. Kelli fotoların altından "İki mələk anası" sözlərini yazıb.
Xatırladaq ki, Penelopa Pike keçmiş Formula 1 pilotu rusiyalı Daniil Kvyat ilə münasibəti zamanı anadan olub. Lili isə Kelli və Maksın qızıdır.