43 yaşlı ispaniyalı ikiqat Formula 1 çempionu Fernando Alonso italiyalı Karlo Ançelottinin Madridin "Real"ında başa vermiş son hadisələrdən danışıb. ""Real" üçün ötən mövsüm çətin keçdi. Komandanın beş müdafiəçisi uzun müddət sıradan çıxdı. Bu onların çıxışlarını birbaşa təsir etdi. Ançelotti qazanılan kuboklar baxımından "Real"ın ən yaxşı məşqçisidir. Növbə Xabi Alonsonundur. Bu dəyişikliyi və inkişafı səbirsizliklə gözləyirəm. Heç nə əbədi deyil. Hər şey dəyişir. Futbol və ya yarış olsun, bütlər gəlir və gedir. Həyat belə davam edir”, - deyə "Marca" nəşri "Aston Martin"in pilotunda sitat gətirib.
"Aston Martin"in pilotu "Real"ı təhlil etdi
