Gürcü əsilli ispan döyüşçüdən 10-cu titul

Gürcü əsilli ispan döyüşçüdən 10-cu titul

Yüngül çəkidə UFC (Ultimate Fighting Championship) yarışının çempionu olan gürcü əsilli İlya Topuriya iki çəki dərəcəsində 10-cu tituluna yiyələnib.
Olimpnews.az xəbər verir ki, İspaniya təmsilçisi bununla da Rendi Kutur, B.J.Penn, Corc St-Pierre, Daniel Cormier, Konor Makqreqor, Henri Sexudo və Amanda Nunes kimi əfsanələrlə bir siyahıda yer alıb. Əgər ən yüngül çəkidə qalibiyyət titulu Topuriyadan götürülməsəydi, o, Makqreqorun nailiyyətini təkrarlayacaq və iki divizionda iki kəmər sahibi olacaqdı.
Qeyd edək ki, UFC 317 turnirində namizəd çempionluq uğrunda mübarizədə İlya braziliyalı Çarlz Oliveyranı ilk raundda nokaut edib.