Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında "İdman hamı üçün" layihəsi çərçivəsində açıq havada taekvondo və cüdo idman növləri üzrə nümunəvi çıxışlar olub.
Olimpnews.az xəbər verir ki, tədbir sakinlər tərəfindən böyük maraqla qarşılanıb. 40 nəfər idmançının qatıldığı tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilib. Tədbirdə əsas məqsəd uşaq, yeniyetmə və gənclərin idmana marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olmaq, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.