Masallı idmançısında Tatarıstanda iki medal 

Masallı idmançısında Tatarıstanda iki medal 

Masallıdan olan idmançı Amin Qulamov Tatarıstanda iki medala sahib olub.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin idmançısı Amin burada kəmər güləşi və qırğız kuroş növləri üzrə keçirilən dünya çempionatında çimərlik kəmər güləşində gümüş, Qırğız kuroşunda isə bürünc medal əldə edib.

İdmançımızın məşqçi müəllimi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinin əməkdar məşqçisi Təhmasib İsayevdir.