Lidiya Skoblikova: “Mən məşəllə Tretyak və Rodninadan daha bərk qaçardım”

Lidiya Skoblikova: “Mən məşəllə Tretyak və Rodninadan daha bərk qaçardım”

Soçi-2014 Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən 6 qat Olimpiya çempionu Lidiya Skoblikova öz təəssüratlarını jurnalistlərlə bölüşüb. Rusiya idmançısı deyib: "İlk dəfədir, olimpiadanın açılış mərasimində iştirak edirdim. Belə möhtəşəm mərasimdə iştirak etmək mənə heç idmançı kimi də nəsib olmayıb. Bu, çox qəribə hissdir. Sən gedirsən və həyəcandan əsirsən. Düşünürəm ki, mən məşəllə Tretyak və Rodninadan daha bərk qaçardım”.