Formula 1 yeddiqat dünya çempionu Mixael Şumaxerin qızı Cina Şumaxer jokey yarışının qalibi olub.
Olimpnews.az xəbər verir ki, beynəlxalq müsabiqə Şumaxer ailəsinə məxsus "CS Ranch" rançosunda təşkil edilib. Cina komanda yoldaşları Elias Ernst və Yohannes Geil ilə birlikdə Almaniya millisinin heyətində nüfuzlu "Senior Professional Riders" yarışın zirvədə tamamlayıb.