Bloger döyüşçü Ginnesin rekordlar kitabına düşüb

Bloger döyüşçü Ginnesin rekordlar kitabına düşüb

28 yaşlı məşhur amerikalı bloger və boksçu Ceyk Pol Ginnesin Rekordlar Kitabına düşüb.

Olimpnews.az xəbər verir ki, bu barədə məlumat ötən həftə Nyu-Yorkda keçirilən boks şousundan sonra keçirilən mətbuat konfransında yerli mediada öz əksini tapıb.

Belə ki, Ceyk eyni vaxtda 20 çempionluq titulun uğrunda boks şousunun təşkilinə görə "Ən dəyərli promouşnlar" (MVP) nominasiyasında rəhbəri kimi kitaba daxil edilib.

Qeyd edək ki, Ceyk Pol yarışçı kimi də bir sıra döyüşlərdə iştirak edərək, böyük nüfuz qazanıb.