Dağ velosipedçilərimiz Skoype sınağını başa vurdular

Dağ velosipedçilərimiz Skoype sınağını başa vurdular

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Kumanovada keçirilən dağ velosipedi üzrə yarışlar başa çatıb. 

Olimpnews.az xəbər verir ki, qitənin 27 gənc qız velosipedçisinin mübarizəsində ölkəmizi təmsil edən Marina Akimova yarışı 26-cı yerdə tamamlayıb. Festivalda isveçrəli Yaelle Klauser (55:56), isveçli Lili Temar (57:33) və polşalı Nataliya Piroq (57:53) müvafiq olaraq, yarışın mükafatçıları sıranısda yer alıblar.
Oğlanların mübarizəsində 34 iştirakçı arasında yer alan velosipedçimiz Əli Zeynalzadə isə festivaldakı çıxışını 29-cu yerdə tamamlayıb. Bu kateqoriyada qızıl medalın sahibi belçikalı Lar Peers olub - 59:06. Fransalı Lukas Rodriqes (1:00:09) gümüş, sloveniyalı Lenart Dejak (1:00:26) bürünc mükafata yiyələniblər.