Ağır çəkidə ikiqat dünya çempionu Entoni Coşua (28-4, 25 KO) fransalı Toni Yoka (14-3, 11 KO) ilə rinqdə döyüşə bilər.
Olimpnews.az xəbər verir ki, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan fransalı bir il sonra peşəkar karyerasında debüt edib. 33 yaşlı boksçu mayda keçirdiyi son döyüşdə rusiyalı Arslan Yallıyevə yekdil qərarla qalib gəlib.
Qeyd edək ki, 35 yaşlı Entoni Coşua ötən ilin sentyabrında keçirdiyi son görüşdə britaniyalı həmyerlisi Daniel Dübuaya nokautla məğlub olub.