"Yaşıl qitə"də gecənin əsas döyüşü müəyyənləşib

"Yaşıl qitə"də gecənin əsas döyüşü müəyyənləşib

UFC döyüş təşkilatı sentyabrın 28-də Avstraliyanın Pert şəhərində keçiriləcək UFC Fight Night 260 turnirinin əsas döyüşünü açıqlayıb.
Olimpnews.az xəbər verir ki, keçmiş yüngül çəkidə çempionluq uğrunda mübarizə aparan (93 kq-a qədər) amerikalı Dominik Reyes (15-4) divizionun üçüncü olan yeni zelandiyalı Karlos Ulberqlə (11-1) döyüşəcək.
35 yaşlı Dominik UFC-də debütünü 2017-ci ildə edib. Ümumilikdə dünyanın ən nüfuzlu təşkilatında onun doqquz qələbəsi və dörd məğlubiyyəti var. 34 yaşlı Kalos isə yarışda debütünü 2021-ci ildə edib. Ümumilikdə, onun səkkiz qələbəsi və bir məğlubiyyəti var.