Bred Pittin yeni rekordu - "Formula 1"

Bred Pittin yeni rekordu - "Formula 1"

Bu il ekran üzü görən Formula 1 filmi dünya üzrə 545 milyon dollardan çox gəlir əldə edib. 

Olimpnews.az xəbər verir ki, film baş rolun ifaçısı olan Hollivud ulduzu Bred Pittin karyerasında ən çox gəlir gətirən ekran işinə çevrilib. Bu məbləğ 2013-cü ildə çəkilən "Dünya Müharibəsi Z"in qazandığı 540 milyon dollarlıq kassa rekordunu üstələyir.