"Aston Villa" PSJ-in hücumameyilli yarımmüdafiəçisi Marko Asensionu yenidən icarəyə götürməkdə maraqlıdır.
Olimpnews.az xəbər verir ki, ispaniyalı futbolçunun Türkiyənin "Fənərbaxça" klubuna keçməsi maliyyə səbəblərindən dayandırılıb. LEqiupe-nin verdiyi xəbərə görə, "Aston Villa" 29 yaşlı futbolçunun potensialından yararlanmaq imkanı əldə edib.
Xatırladaq ki, Marko Asensio ötən mövsümün ikinci yarısında Birmingem klubunda çıxış edib. Unai Emerinin komandasında o, 21 oyunda 8 qol və bir məhsuldar ötürmə ilə diqqət çəkib.
"Aston Villa" icarənin müddətini artırmaq istəyir
