Son çempion "Liverpul" Premyer Liqaya qələbə ilə başladı 

Son çempion "Liverpul" Premyer Liqaya qələbə ilə başladı 

Futbol üzrə İngiltərə Premyer Liqasına da start verilib. 
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə azarkeşlər bir qarşılaşma izləyiblər. Açılış turunda "Liverpul" və "Bornmut" komandaları üz-üzə gəlib. 6 qolun vurulduğu oyunda "mersisaydlılar" son dəqiqələrdə vurduğu qollarla qələbəyə sevinib -4:2. "Liverpul"un heyətində Hüqo Ekitike (37-ci dəqiqə), Kodi Qakpo (49), Federiko Çieza (88) və Məhəmməd Salah (90+4) vurub. Qonaqların heyətində isə Antonio Semenyo 64 ve 76-cı dəqiqələrdə fərqlənib. Beləliklə, "Liverpul" klubu Premyer Liqaya qədər ləbə ilə başlayıb.