Futbol üzrə Fransa Liqa1-ə start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Renn" və "Marsel" komandaları üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yeganə qolun müəllifi 90+1-ci dəqiqədə fərqlənən Lüdivik Blas olub.
Beləliklə, "Renn" klubu yeni mövsümə 3 xalla başlayıb.
Fransa Liqa1: "Renn"dən minimal hesablı qələbə
