Lerik şəhər Heydər Əliyev meydanında Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində milli idman növləri üzrə açıq əyləncəli idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, milli güləş, daş qaldırma, ənzəli, dirədöymə, nərd, kəndirdartma milli idman növləri üzrə nümunəvi çıxışlar edilib.
Şəhər əhalisi tərəfindən böyük maraqla qarşılanan kütləvi idman tədbirinin təşkilində məqsəd isə milli idman növlərinin təbliği, yeniyetmə və gənclərin idmana cəlb olunması, onlar arasında sağlam həyat tərzinin təbliği, şəhər sakinlərinin asudə vaxtının səmərəli keçirilməsi olub.
Lerikdə milli idman növləri üzrə açıq əyləncəli idman tədbiri keçirilib
