"Zirə" klubu futbol üzrə Misli Premyer Liqasında ilk qələbəsini qazanıb.
Olimpnews.az xəbər verir ki, qəsəbə təmsilçisi ikinci turun son oyununda "Qəbələ"yə qalib gəlib -2:1.
Qəbələ şəhər stadionunda keçirilən oyunda hesab 16-cı dəqiqədə açılıb. Nicat Əliyev meydan sahiblərini hesabda önə çıxarıb. Lakin "Zirə" klubu ilk hissədə vurduğu iki qolla Qəbələ səfərindən qələbə ilə qayıtmağı bacarıb. Ceyhun Nuriyev 35-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Bu nəticədən sonra "Zirə" xallarının sayını dördə çatdırıb. Bölgə təmsilçisi isə bir xalla səkkizincidir.
"Zirə" Qəbələdən üç xalla qayıdır
