Norveçin "Brann" klubu futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsinə vəsiqə əldə edib.
Olimpnews.az xəbər verir ki, Norveç pley-off mərhələsinin cavab oyununda səfərdə Kiprin "AEK Larnaka" komandasına 4:0 hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələnib.
Xatırladaq ki, bu komandalar arasında Norveçdə keçirilən ilk oyunda da "Brann" klubu qələbə qazanmışdı -2:1.
Liqa mərhələsinə vəsiqə qazanan digər komandaların adlarına sabah keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.