Xəbər verdiyimiz kimi, yüngül çəkidə keçmiş UFC çempionu braziliyalı Çarlz Oliveyra gürcü əsilli ispaniyalı İlia Topuriyaya nokautla uduzub.
Olimpnews.az xəbər verir ki, 35 yaşlı döyüşçünün növbəti rəqibi azərbaycanlı Rafael Fiziyev olacaq. Görüş bu ilin payızında təşkil olunacaq. Yarışdan əvvəl o, Fiziyevlə döyüş barədə yaranan sualları cavablandırıb. "Bir çox azarkeşlər hesab edir ki, Braziliyada keçirilən turnirdə Fiziyevlə döyüşməyim səhv bir addım olacaq. Amma mən belə düşünmürəm. Mükəmməl ssenari ilə vətənimdə döyüşmək böyük hadisədir. Qalib olub-olmamağımın fərqi yoxdur,”- AgFight portalı Oliveyranın sözlərindən sitat gətirib.
"Fiziyevlə döyüşməyim səhv bir addım olacaq" - Oliveyra
