Cəlilabadda rayon turniri keçirilib

Cəlilabadda rayon turniri keçirilib

Cəlilabadda nərd üzrə rayon turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, 24 nəfərin iştirak etdiyi turnirin təşkilində əsas məqsəd rayon sakinlərinin asudə vaxtının səmərəli və mənalı keçirilməsi, nərd idman növünə marağın artırılması, nərd ustalarının aşkar edilməsi olub.

Onu da  bildirək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında "Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilən turnirin qalibləri təşkilatçı idarənin kubok, diplom və medallarına layiq görülüblər.