"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib

"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Lənkəran şəhər Heydər Əliyev adına Xatirə Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika, voleybol, atletika, ağırlıqqaldırma, karate, kəndirlə mübarizə, nərd, dama və digər mütəhərrik idman oyun növləri üzrə nümunəvi çıxışlar göstərilib. 

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, “Lənkəran” İdman klubunun, eləcə Lənkəran Gənclər Evinin kollektivlərin  və rayon sakinlərinin iştirak etdikləri kütləvi idman tədbirinin  məqsəd isə  əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.