Tanınmış restlinqçini amansızcasına döyüblər

Tanınmış restlinqçini amansızcasına döyüblər

Tanınmış restlinqçi Sayko Stu (əsl adı Stuart Smit) keçmiş UFC və Pride çempionu olan "Rampage" ləqəbli Kinton Ceksonun oğlu Raca Cekson ilə dava edib.

Olimpnews.az xəbər verir ki, əlbəyaxa döyüşdən sonra restlinqçi xəstəxanaya yerləşdirilib.
"O, ağır kəllə-beyin travması alıb. Təcili yardım otağına aparılarkən huşsuz vəziyyətdə idi. Aldığı xəsarətlər arasında üst və alt çənələrin zədələnməsi, üst dodağın kəsilməsi və bir neçə dişinin itirilməsinə səbəb olan üst çənənin sınığı var. Onun sağalması uzun bir vaxt aparacaq. Lakin o, hələ də yaxşı əhval-ruhiyyədədir", - Syko Stunun həyat yoldaşı sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Raca Cekson "Knokx Pro Wrestling" turnirində Syco Stunu amansızcasına döymüşdü. Döyüşlərin birində Raca rinqə çıxıb, Smiti tutub, amplitudalı atış yerinə yetirib, sonra onun üstünə keçib və onun sifətinə 20-yə yaxın cavabsız zərbə endirib. Polis hadisə ilə bağlı araşdırma aparır.